Xəbər lenti
Bu gün, 10:44
Bu gün, 09:57
Dünən, 23:30
Dünən, 20:17
Dünən, 16:49
Dünən, 15:30
Dünən, 14:18
Dünən, 13:53
Dünən, 11:19
Dünən, 10:14
Dünən, 09:24
28-11-2024, 22:53
28-11-2024, 21:42
28-11-2024, 20:38
28-11-2024, 18:24
Almaniya kansleri Olaf Şolz Ukrayna ilə Rusiya arasındakı gərginliyi azaltmaq üçün etdiyi təmaslar çərçivəsində Kiyevdən sonra Moskvaya gəlib.
Ovqat.com-un məlumatına görə, Kremldə Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şolz arasında bir sıra məsələlərlə bağlı danışıqlar olub.
Üç saatdan çox davam edən görüşdən sonra danışıqların yekununa dair mətbuat konfransı keçirilib. Konfransda çıxış edən Rusiya prezidenti həmkarına mənalı dialoqa görə təşəkkür edib.
Jurnalistlərin suallarını cavablandıran Putin görüşün konstruktiv şəraitdə keçdiyini, bütün məsələlərin hərtərəfli və ətraflı müzakirə edildiyini qeyd edib. Putinin sözlərinə görə, alman kansleri Moskva ilə praqmatik ikitərəfli əməkdaşlığa sadiqdir.
Putin ölkəsinin Avropaya enerji nəqli məsələsinə xüsusi önəm verdiyini, 2021-ci ildə Almaniyaya 50,7 milyard kubmetr Rusiya qazının tədarük edildiyini, hətta Avropada qazın qiymətinin və qaz tədarükünün yüksək olduğu dövrdə belə, alman istehlakçıları ilə spot qaz qiymətindən 5 dəfə ucuz qiymətə uzunmüddətli müqavilələr bağladıqlarını vurğulayıb.
Putin qeyd edib ki, “Şimal axını-2”nin tikintisi başa çatıb, bu, qitədə enerji təhlükəsizliyini gücləndirmək və ümumavropa iqtisadi və ekoloji problemlərin həllinə töhfə vermək üçün nəzərdə tutulmuş Avropanın ən böyük infrastruktur layihələrindən biridir. Rusiya liderinin fikrincə, “Şimal axını-2” qaz kəməri siyasi məsələlərin mövzusu olmamalıdır. Putin həmçinin bəyan edib ki, tələbat və rentabellilik olarsa, onun ölkəsi 2024-cü ildən sonra da Ukrayna vasitəsilə təbii qaz nəqlini davam etdirə bilər.
Putinin fikrincə, Moskva ABŞ və NATO-nun təhlükəsizliyin bölünməzliyi prinsiplərini necə sərbəst şərh etməsinə məhəl qoymaya bilər. Eyni zamanda o əlavə edib ki, Vaşinqton və Brüsselin cavabında ölkənin müzakirəyə hazır olduğu məqamlar var və bu, ilk növbədə INF Müqaviləsi və hərbi şəffaflıqla bağlıdır.
Qərb tərəfdaşlarının təminatlarına baxmayaraq, Şimali Atlantika Alyansının Şərqə doğru genişlənməsinin davam etdiyini vurğulayan Putinin sözlərinə görə, Ukraynanın bloka qoşulmasının təxirə salınması heç nəyi dəyişməyəcək və Moskva bu problemi məhz indi həll etmək niyyətindədir.
Ukraynadakı vəziyyətdən danışan Rusiya lideri Donbassdakı hadisələri soyqırım kimi qiymətləndirib. DXR və LPR-nin müstəqilliyinin tanınması tələbi ilə Dövlət Dumasının təqdim etdiyi qanun layihəsini dəyərləndirən Putin deyib ki, hələ də diplomatiya və dialoq arayışları davam edir: “Dumanın deputatları ölkə sakinlərinin və seçicilərin əhval-ruhiyyəsinin ifadəçisidirlər və ona görə də bu şəkildə qanun layihəsi təqdim ediblər”. Xatırladaq ki, Rusiyanın Dövlət Duması Donbassın müstəqilliyinin tanınması təklifi ilə ölkənin XİN-nə müraciət edib. Putin də deputatların məlum təşəbbüsündən danışarkən bunu nəzərə tutub.
Putin Minsk razılaşmalarının hələ də reallaşma potensialının mövcud olduğunu qeyd edib və Almaniya və Fransanı öhdəliklərini yerinə yetirməyə başlamaq üçün Kiyevə təsir göstərməyə çağırıb.
"Biz bir sıra digər aktual beynəlxalq məsələlərə, o cümlədən İranın nüvə proqramı ilə bağlı vəziyyətə toxunduq. Biz bu məsələ ilə bağlı xarici işlər nazirləri səviyyəsində daimi təmasdayıq və deməliyəm ki, burada bizim mövqelərimiz kifayət qədər yaxındır", - Putin qeyd edib.
Mətbuat konfransında danışan Almaniya kansleri Olaf Şolz da danışıqların əhəmiyyətinə diqqət çəkib və Putinlə heç bir məsələni qaçırmadan “ətraflı görüş” keçirdiklərini qeyd edib.
Almaniya kansleri deyib ki, Putindən fərqli olaraq Rusiyanın LPR və DXR-i tanımasının Minsk razılaşmalarının pozulması olacağını və “siyasi fəlakətə” gətirib çıxaracağını düşünür.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar