Xəbər lenti

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, “Normand dördlüyü” (Fransa, Almaniya, Rusiya, Ukrayna) formatı yaxın günlərdə davam edəcək.

APA “RİA Novisti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Makron Almaniya kansleri Olaf Şolz və Polşa Prezidenti Anjey Duda ilə Berlində keçirdiyi birgə mətbuat konfransında deyib:

“Yaxın günlərdə “Normand dördlüyü” çərçivəsində fikir mübadiləsi aparacağıq”.

Fransa lideri ötən həftə Şolz və Duda ilə sıx koordinasiyalı dialoq olduğunu qeyd edib.

“Biz qarşıdakı həftələrdə sadə həll yolları ilə müharibədən qaçmağa çalışmalıyıq”,-deyə fransalı lider əlavə edib.

Fransa Prezidenti onu da qeyd edib ki, avropalıların və müttəfiqlərin birliyini qorumaq, xüsusən də dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq lazımdır.



Ana səhifəyə qayıt        Baxış: 3 107          Tarix: 9-02-2022, 09:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma