Xəbər lenti

ABŞ prezidenti Cozef Bayden G7 liderləri ilə fevralın 24-də videoformatda keçirəcəyi görüş zamanı Ukrayna ətrafında vəziyyəti müzakirə etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə məlumat Baydenin iş qrafikində yer alıb.

“Prezident Rusiya və Ukrayna ilə bağlı mövcud vəziyyəti, həmçinin Almaniyanın G7-yə sədrliyi ilində prioritetləri müzakirə etmək üçün G7 liderlərinin videoformatda keçirəcəyi görüşündə iştirak edəcək” , - məlumatda deyilir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Cozef Bayden Fransa Prezidenti Emmanuel Makronun iki lider arasında zirvə görüşünün keçirilməsi təklifini qəbul ediblər.



Ana səhifəyə qayıt        Baxış: 2 976          Tarix: 21-02-2022, 09:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma