Xəbər lenti

Ukraynanın döyüş əməliyyatlarına xərcləri ayda təxminən 10 milyard dollar təşkil edirdi.
Bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Qeyd edək ki, bu gün Volodimir Zelenskinin sədrliyi ilə iqtisadi inkişafla bağlı iclas keçirilib. Nazirlər Kabinetinin nümayəndələri ilə keçirilən görüşdə xərclərin maliyyələşdirilməsi mənbələri, vergi gəlirləri və Ukraynanın beynəlxalq tərəfdaşlarının köməyi müzakirə edilib.

İclasda Ukrayna iqtisadiyyatının yaxın gələcəkdə inkişafı ilə bağlı proqnozlar nəzərdən keçirilib.
/Azpolitika


Ana səhifəyə qayıt        Baxış: 3 565          Tarix: 2-04-2022, 20:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma