Xəbər lenti

“Kadırova fevralın 3-də Putini ziyarət edərkən plan verilmişdi. Həmin görüşdə bizim prezidentin məhv edilməsi planı razılaşdırılmışdı və Kadırov öz üzərinə öhdəlik götürmüşdü ki, onun qruplaşması bunu icra edəcək”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov mətbuata son açıqlamasında bildirib.

Danilovun dediyinə görə, Ukrayna kəşfiyyatının əvvəlcədən bu plandan xəbəri olub: “Fevralın 26-da bizim ölkənin ərazisinə daxil olan üç qrup var idi. Onlar iki gün gözləmişdilər ki, Kiyevin mərkəzi kvartalına qədər onlar üçün “yaşıl dəhliz” yaradılacaq. Lakin biz hər üç qrupu izləyirdik. Onlardan biri bizim hərbçilər tərəfindən məhv edildi. Bundan sonra digər iki qrup ölkə ərazisindən çıxdı. Onlardan biri bu gün Donetsk vilayətində, digəri Mariupoldadır. Lakin onlar ön xətdə yox, təhlükəsiz olan üçüncü-dördüncü xətdədirlər”.

Xatırladaq ki, Ukrayna Prezident Ofisinin sözçüsü Mixail Podolyak Volodimir Zelenskiyə qarşı 10-dan artıq sui-qəsd cəhdinin qarşısının alındığını bildirmişdi.



Ana səhifəyə qayıt        Baxış: 2 999          Tarix: 21-04-2022, 18:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma