Xəbər lenti

 
NATO ölkələri bundan sonra Ukraynaya tank verməyəcəklər.
 
Ovqat.com Almaniyanın “Der Spiegel” nəşrinə istinadən yazır ki, NATO ölkələri arasında Ukraynaya tank verilməməsinə dair razılıq əldə olunub. 
 
Müqavilə rəsmi deyil, lakin ekspertlər diqqəti ona yönəldirlər ki, Polşa Ukrayna Silahlı Qüvvələrinə 200-dən çox sovet tankı verdikdən sonra bir sıra ölkələr bu tipli hərbi texnikanın verilməməsinə barədə fikir birliyinə gəliblər. Razılaşmanın rəsmi səbəbləri açıqlanmır, baxmayaraq ki, Rusiyadan titan tədarükünün olmaması ucbatından NATO ölkələrinin artıq kompozit zireh elementləri olan tankları kütləvi istehsal edə bilməyəcəyi ehtimalı var. Təbii ki, bu da Ukraynaya verilmiş sovet tipli tankların daha müasirləri ilə əvəz edilməsinə imkan vermir. 
 
Üstəlik, ekspertlər qeyd edirlər ki, bu günə qədər NATO ölkələri artıq Ukraynaya 300-ə yaxın sovet tankı göndərib. Bu da öz növbəsində bir sıra ölkələrin, xüsusilə də NATO-nun şərq üzvlərinin hərbi potensialını xeyli azaldıb.
 
Bir sıra mənbələr bildirirlər ki, şifahi razılaşma zirehli texnika, zirehli transportyor, özüyeriyən artilleriya qurğuları və digər texnikalara şamil edilmir.


Ana səhifəyə qayıt        Baxış: 6 399          Tarix: 12-06-2022, 13:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma