Xəbər lenti
27-11-2024, 19:25

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak müttəfiqlərlə 25-30 ədəd HIMARS və MLRS-nin Ukraynaya təhvil verilməsi ilə bağlı mövcud razılaşmanı açıqlayıb.

APA xəbər verir ki, o, bu barədə Telegram-da yazıb.

Eyni zamanda, o vurğulayıb ki, indi əsas məsələ MLRS üçün raketlərin çatdırılmasının logistikasıdır.

“ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Adam Smit Prezidentlə və Hökumət komandası ilə görüşdən sonra mediaya müsahibəsində ABŞ və müttəfiqləri tərəfindən Ukraynaya veriləcək HIMARS və MLRS sayını açıqladı. Hazırda əsas məsələ MLRS üçün raketlərin çatdırılmasının maddi-texniki təchizatıdır və burada hərbçilər məni yaxşı başa düşəcəklər”, - Yermak bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 223          Tarix: 24-07-2022, 15:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma