Xəbər lenti
27-11-2024, 19:25

Ukraynanın Amerikadan aldığı HİMARS reaktiv atəş sistemi cəbhədə qeyri-adi nəticələr yaradır. İstiqamətlərin birində Ukrayna döyüşçüləri nəinki müdafiə təşkil edirlər, həm də tədricən irəli hərəkət edirlər.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi xəbər verib.

Ukrayna ordusunun irəliləməsi HİMARS sistemindən Rusiyanın sursat anbarlarına və komanda məntəqələrinə açılan müntəzəm atəş sayəsində mümkün olur. Rusiya tərəfdən Ukraynanın mövqelərinə atəşlərin intensivliyi əhəmiyyətli dərəcədə azalıb. Düşmən mərmilərə qənaət etməyə başlayıb və taktikanı dəyişib - daha gün ərzində davamlı atəş üçün imkana malik deyil.

«Rusiyalılar bizim mövqelər üzərində əsasən, gecələr işləməyə başlayırlar. Onlar atıcı silahlarla atəşi özlərinə cəmləməyə cəhd edirlər ki, qarşı tərəfin mövqelərini müəyyən etsinlər. Nə zaman ki, heç kim təxribata reaksiya vermir, xaotik olaraq, minaatanlardan bizim mövqelərə atəş açırlar. Onlar fosforlu sursatlardan da istifadədən çəkinmirlər» - xəbərdə deyilir.

UNİAN-nın xəbər verdiyi kimi, iyulun 22-də ABŞ Ukraynaya əlavə 270 milyon dollarlıq hərbi kömək paketi təqdim edib - bu çərçivədə USQ 4 HİMARS və onun üçün sursat, artilleriya üçün 36 min mərmi, tank əleyhinə silah, 580 dron alacaq.

AzPolitika.info




Ana səhifəyə qayıt        Baxış: 3 088          Tarix: 31-07-2022, 11:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma