Xəbər lenti
27-11-2024, 19:25

“Rusiyanın ilə Ukrayna arasındakı müharibə zamanı bizim əsas vəzifələrimizdən biri Kiyevə dəstək verməkdir”.

“Report” “Ukrinform”a istinadən bildirir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

O vurğulayıb ki, bu münaqişədə Alyansın 2 vəzifəsi var: “Onlardan biri Ukraynanı dəstəkləməkdir. İkincisi isə bu münaqişənin NATO ilə Rusiya arasında genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaqdır. Biz Ukraynanın özünümüdafiə hüququnu dəstəkləyirik. Bu, beynəlxalq hüquqla təsbit olunub. Ukrayna xalqı bütün müharibə boyu böyük şücaət göstərir”.

Y.Stoltenberqin sözlərinə görə, NATO-nun Ukraynanı dəstəkləmək üçün mənəvi öhdəliyi var: “Ukrayna 40 milyondan çox əhalisi olan müstəqil ölkədir. Kiyev əsassız olaraq qəddar işğalçı müharibəyə məruz qalır. Biz İkinci Dünya müharibəsindən bəri görünməmiş döyüşlər, mülki hücumlar və dağıntıların şahidi oluruq. Biz buna biganə qala bilmərik”, - Baş katib söyləyib.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Y.Stoltenberqlə telefon danışığında Rusiyanın hücumlarını uğurla dəf etməkdən ötrü daha çox ağır silahlara ehtiyaclarının olduğunu bildirib.





Ana səhifəyə qayıt        Baxış: 2 757          Tarix: 4-08-2022, 17:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma