Xəbər lenti
27-11-2024, 19:25

ABŞ Ukraynaya 3 milyard dollarlıq hərbi yardım paketi elan edəcək.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, paket avqustun 24-ü Ukraynanın Müstəqillik Günündə elan ediləcək.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Cozef Baydenin administrasiyası dövründə Ukraynaya ayrılan hərbi yardımın ümumi məbləğinin 10 milyard dolları ötdüyünü bildirib.

Birləşmiş Ştatlar, həmçinin Kiyevə 1 500 tank əleyhinə “Tou” raketi, HARM antiradar raketi və 1 000 ədəd “Javelin” tank əleyhinə raket kompleksi verəcək. Qeyd olunur ki, yardım Baydenin fərmanı əsasında həyata keçiriləcək.




Ana səhifəyə qayıt        Baxış: 2 792          Tarix: 23-08-2022, 23:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma