Xəbər lenti
Dünən, 19:25

Kerç boğazında, Qara və Azov dənizlərində gəmi tıxacı yaranıb.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə “Marine Traffic” portalı məlumat yayıb.

Bildirilib ki, buna səbəb Krım körpüsündə baş vermiş partlayış və yanğındır. Məlumata görə, gəmilərin əksəriyyəti Rusiyaya məxsusdur və onlar Krım yaxınlığında gözləyirlər.

Xatırladaq ki, bu gün Krım körpüsü dağıdılıb. Ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.




Ana səhifəyə qayıt        Baxış: 3 261          Tarix: 8-10-2022, 15:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma