Xəbər lenti

 

 Könül Şamilqızı

Son aylarda nisbətən sakit keçən Rusiya-Ukrayna gərginliyi bazar günü qəfildən alovlandı. Bu dəfə isinən yer Azov dənizi oldu.

 25 noyabrda səhər Ukrayna Dəniz Qüvvələrinə məxsus iki kiçik zirehli artilleriya kateri Berdyansk və Nikopol ilə, Yani Kapu (Yeni Qapı) yedək gəmisi Qara dənizdəki Odessa limanından Azov dənizindəki Mariupol limanına planlı keçid həyata keçirdiyi zaman Rusiya əngəlinə ilişdi. Rusiya sərhəd təhlükəsizlik kateri Ukraynaya məxsus yedək gəmisi ilə toqquşdu, digər gəmilər isə ona yardım göstərməmələri üçün bloka edildi. Bütün dünya Azov dənizində qəflətən baş verən bu hadisəyə odaqlanarkən, böhran gün ərzində gərginləşərək davam etdi.

 Ukraynanın Berdyansk limanından iki zirehli artilleriya gəmisi Odessadan yola çıxan gəmiləri qarşılamaq üçün hərəkətə keçdi. Gəmilər Kerç boğazına yaxınlaşdığı ərəfədə Rusiya boğazı mülki gəmilərin keçidinə bağladığını bildirdi. Kerç boğazı üzərində Rusiyanın hücum vertolyotları və döyüş təyyarələri uçuşmağa başladılar. "Bağlanılan" boğazdan Rusiya gəmiləri keçərkən, Ukrayna gəmilərinin qeyri-müəyyən gözləyişi başladı. Ukrayna Dəniz Qüvvələri komandanı İqor Voronçenko Rusiyanın eynilə 2014-ci ildə Krımın işğalı zamanı Donuzlav bölgəsində öz gəmilərini batırıb Ukrayna gəmilərinin keçidini mane olduğu kimi, indi də Kerç boğazını bağlayaraq analoji təxribata imza atdığını bildirdi.

 Axşam saatlarında Ukrayna gəmiləri Kerç boğazı çıxışına doğru hərəkət etməyə başladılar. Rusiyadan əvvəl təhdid, sonra isə yaylım atəşləri gəldi. Ukrayna, 2-si ağır, 6 əsgərinin yaralandığını bildirdi. Rusiya, Ukraynaya məxsus 3 gəmini saxlayıb Kerç limanına apardı. Ukrayna gəmilərdə olan 23 əsgərlə əlaqənin kəsildiyini açıqladı.

Baş verənlərdən sonra Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası təcili toplandı, iclasda hərbi vəziyyət elan edildi. Birləşmiş Millətlər Təhlükəsizlik Şurası da mövzunu görüşmək üzrə dünən təcili toplandı.

 Ani gərginliyin səbəbi

Ukrayna da, Rusiya da hadisəni təxribat kimi qiymətləndirir. Təbii ki, hər biri öz arqumentləri əsasında.

Ukrayna öz gəmilərinin Azov dənizindəki hərəkətinin beynəlxalq hüquq normalarına və iki ölkə arasında Azov Dənizindən Birgə İstifadəsinə dair Müqaviləyə uyğun olduğunu müdafiə edir. Kiev Rusiyanın Qara dənizdə və Azov dənizində bütün sərhədləri aşan bir təcavüzkarlıqla məşğul olduğunu bildirir və dünyanın buna reaksiyasının də sözlə yox, konkret fəaliyyətlə ortaya qoymasının lazımlığını vurğulayır. Ukrayna Dəniz Qüvvələrindən verilən müfəssəl bəyanatda Rusiyanın şüurlu olaraq Ukrayna gəmilərinin sorğularını cavabsız qoyduğu və bunun üzərindən təxribat planını həyata keçirməyə çalışdığını bildirilib.

Rusiya tərəfi isə müxtəlif bəyanatlarla məsuliyyəti üzərindən atmağa çalışır. İşğal altındakı Krımın təhlükəsizlik xidməti Ukrayna gəmilərinin sərhəddi pozduğunu iddia edir. Moskva Ukrayna gəmilərinin planlı keçid kodunda olmadığını, bu səbəblə gəmilərin keçid qrafikinə salmadığını irəli sürür. Kreml Ukraynanın Rusiyanı provokasiyaya çəkməyə çalışdığını iddia edir və bu iddianı gücləndirmək üçün Ria Novosti və Sputnik agentlikləri sinxron olaraq Ukrayna ordusunun da Donetskdə sivil vətəndaşların yaşadığı bölgələri ağır bombardmana məruz qoyduğu xəbərini yayıb. Hər nə qədər bir müddət sonra İnterfaks agentliyi bu xəbəri həm də separatçıların dilindən təkzib etsə belə, Sputnik və Ria Novosti xəbəri səhifələrindən götürməməyə üstünlük verir.

 Azov böhranının tarixi

 Rusiya ilə Ukrayna arasında Azov dənizində böhran ilk dəfə baş vermir. 2000-ci illərin əvvəllərində Ukraynada bağımsızlıq və Ukraynaçılıq şüurunun güclənməyə baslamasıyla birlikdə iki ölkə arasında ciddi siyasi polemikalar sürərkən Tuzla böhranı baş verdi. Tuzla böhranı bir çox mütəxəssis tərəfindən Rusiyanın bağımsız Ukraynaya qarşı ilk isğal sınağı kimi qəbul edilir.

 1941-ci ilə qədər Krasnodar vilayətinə bağlı olan Tuzla adası o tarixdə Krıma bağlanmıs, bu səbəbdən də 1954-cü ildə Krım Ukraynaya veriləndə Ukrayna torpağı statusu qazanmıstı. Rusiya isə 1954-ci il anlasmasının yalnız Krımın quru qismini əhatə etdiyini, Tuzlanın bu sazişin çərçivəsində olmadıgını irəli sürürdü. 2003-cü ildə Ukraynada Rusiyanın patronajlıgının rədd edilməsi istiqamətindəki görüslərin artması ilə birlikdə Moskva Tuzla adasını "xatırladı".

 29 Sentyabr 2003-cü ildə Krasnodar qubernatoru Aleksandr Tkaçevin əmri ilə Ukraynaya hər hansı bir xəbərdarlıq etmədən Taman yarımadasından Kerç bogazı istiqamətində Tuzla dilinə qədər uzanan sahənin doldurulmasına basladı. Rusiya əvvəlcə məqsədinin Taman yarımadasının aşınmanı qarşısını almaq oldugunu bildirdi, ancaq gərginlik artınca, Tuzlanın 1925-ci ilə qədər Taman yarımadasının bir hissəsi oldugu, güclü fırtına nəticəsində ada halına geldiyi, 1941-ci ilə qədər Krasnodarın tərkibində oldugu istiqamətində "arqumentlər" dövrəyə girdi. Bənd çalısmaları Ukrayna nəzarət nöqtəsinə yaklasınca iki ölkə savaş mərhələsinə gəldi. Kiyev çalısmaların davam edəcəyi təqdirdə, atəş edəcəyini açıqladı. Həm Ukrayna, həm də Rusiya bölgəyə əsgər göndərdi.

Gərginlik davam edərkən, 2003-cü ilin noyabrında tərəflər masaya oturdular. Dekabr ayında Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Leonid Kuçma bir araya gələrək Azov Dənizi və Kerç bogazından birgə istifadə ilə əlaqədar müqavilə imzaladılar. O tarixdən etibarən, Kerçdən gəmi keçidləri bu müqavilə çərçivəsində həyata keçirilirdi. Lakin Krımın işğalı ilə birlikdə bu müqavilə də əhəmiyyətini itirdi. Çünki Rusiya Krımı öz tarixi torpağı kimi, Ukrayna isə işğal edilmiş ərazisi kimi görür. Yəni bu bölgədə beynəlxalq hüquq əslində 2014-ci ildə zibil qabına atılmış durumdadır.

 NATO-nun mövqeyi həlledici olacaq

 Rusiya 4 ildir Azov dənizindən keçən Ukrayna gəmilərinə bənzər problemlər çıxarır. Ukraynanın son aylarda bu problemi ifadə etməyə başlaması ilə birlikdə Moskva daha aqressiv mövqe tutur.

 Bu səbəbdən də məsələni işğalın davamı xarakterli bir qarşıdurma kimi qiymətləndirmək daha doğrudur. Başqa təbirlə desək, Rusiya Ukrayna ilə qurudakı hibrid müharibəsini dənizə daşıyır, "dənizin ağasının" özü olduğunu Ukraynaya və dünyaya göstərməyə çalışır.

 Moskva Azov dənizini tamamilə nəzarət altına almaq üçün addımlarını qətiləşdirir və Ukraynanın isə bunun qarşısını alacaq gücü yoxdur. Bu səbəbdən də dəstəyi yenə Qərbdən gözləyir. Bölgədəki gərginliyin gedişində Qərbin, xüsusilə NATO-nun mövqeyi həlledici olacaq. Çünki Qərb Krımda olduğu kimi sadəcə narahatlıqlığını ifadə etməklə kifayətlənəcəksə, Rusiyanın növbəti həmləsinin də əsasını yaratmış olacaq.

Çeviri Ovqat.com-a aiddir




Ana səhifəyə qayıt        Baxış: 869          Tarix: 27-11-2018, 13:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma