Xəbər lenti
Dünən, 19:25


Kreml  Rusiyanın şərqində və Arktikada strateji çəkindirmə qüvvələrinin təlimlərinə başlayıb.


Ovqat.com-un məlumatına görə, Rusiya Silahlı Qüvvələri təlimlərdə bəzi sınaq raketlərindən istifadə edib.


Kremlin yaydığı rəsmi açıqlamada bildirilib ki, Moskvanın strateji çəkindirmə qüvvələrinin təliminə Rusiya prezidenti Vladimir Putin nəzarət edib.


“Vladimir Putinin rəhbərliyi altında quru, dəniz və havadan strateji çəkindirmə qüvvələri ilə təlim keçirilib, həmin təlim zamanı ballistik və qanadlı raketlərin praktiki buraxılışı baş tutub”, - rəsmi bəyanatda vurğulanır.


Təlimlərə Kamçatka yarımadasının şərqindən və Arktikadakı Barents dənizindən sınaq raketlərinin atılması da daxildir.


Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Strateji bölümlərinin təlimlərdə qarşısına qoyulan tapşırıq nüvə təhlükələrinə cavab vermək olub. Təlimlər Moskva və Kiyevin bir-birini nüvə materialı olan “çirkli bomba”dan istifadə etməyə hazırlaşmaqda ittiham etdikləri bir zamanda keçirilib və indiyədək Rusiya rəsmiləri dəfələrlə Qərbin Ukraynaya verdiyi dəstəyə cavab olaraq Moskvanın nüvə arsenalını xatırladıb.


Maraqlıdır ki, ötən həftənin əvvəlində NATO da Belçika, Böyük Britaniya və Şimal dənizində nüvə hücumlarının qarşısının alınması üzrə təlimləri keçirmişdi. Alyansdan bildirilmişdi ki, təlimlər “adi, hər il təkrarlanan rutin məşq fəaliyyətidir” və “heç bir cari dünya hadisəsi ilə əlaqəli deyil”.





Ana səhifəyə qayıt        Baxış: 4 211          Tarix: 27-10-2022, 06:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma