Xəbər lenti
Dünən, 19:25

Amerika Birləşmiş Ştatları Ukraynadakı müharibə zamanı Qərbin Rusiya tərəfindən silahlarını ələ keçirməsinə qarşı plan hazırlayıb.

Bu barədə “Report” ABŞ Dövlət Departamentinə istinadən xəbər verir.

Dövlət Departamentinin bəyanatında deyilir ki, Qərb tərəfdaşları Ukraynaya silah tədarükünü sürətləndiriblər. Bu da öz növbəsində qeyd aparmaq və onları qorumaq öhdəsini özündə ehtiva edir.

“Hər hansı bir münaqişədə olduğu kimi, biz kriminal və qeyri-dövlət subyektlərinin münaqişə zamanı və ya ondan sonra Rusiya hərbçiləri də daxil olmaqla Ukraynada qeyri-qanuni yollarla silah əldə etməyə cəhd edə biləcəyi ehtimalına qarşı ayıq qalırıq”.

Dövlət Departamenti Qərb silahlarının ələ keçirilməsinə qarşı mübarizə planına əsasən Ukraynada, qonşu ölkələrdə silah və sursatların ötürülməsi, saxlanması və yerləşdirilməsi zamanı mühafizəsi və uçotu aparılacaq, regional təhlükəsizliyin idarə edilməsi təkmilləşdiriləcək, qeyri-qanuni silah alverinin qarşısını almaq, aşkar etmək və dayandırmaq üçün təhlükəsizlik qüvvələrinin, hüquq-mühafizə orqanlarının və sərhəd nəzarəti orqanlarının potensialı inkişaf etdiriləcək.




Ana səhifəyə qayıt        Baxış: 2 809          Tarix: 27-10-2022, 23:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma