Xəbər lenti
Dünən, 19:25

"Cümə axşamı, noyabrın 3-də 107 ukraynalı hərbçi, o cümlədən "Azovstal"ın altı zabiti və müdafiəçisi mübadilə nəticəsində vətənə qayıdıb".

Bunu Milli.Az-a açıqlamasında Ukrayna Diplomatiya İnstitutunun mütəxəssisi, siyasi ekspert Nikolay Spiridonov deyib.

O bildirib ki, bunu artıq Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Andrey Yermak da təsdiq edib:

"Dünən Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsini həyata keçirilib. 107 əsgəri - 6 zabit, 101 sıravi və bir çavuşu azad edə bildik. Onlar arasında Hərbi Dəniz Qüvvələri, Milli Qvardiya, o cümlədən "Azov" döyüşçüləri də var. Onlar arasında "Azovstal"ı müdafiə edən 74 döyüşçü də yer alıb.

Mariupoldan, "Azovstal"dan ağır yaralı və yataq xəstəsi olan, qol və ayaqlarından qəlpə yaraları, bədənin müxtəlif nahiyələrindən güllə yarası almış hərbiçilərimizi dəyişdirə bildik. Aralarında elələri var ki, əlləri amputasiya olunmuş və üzünün bir hissəsi tamamilə yararsız hala düşmüş, ağır xəstəliklərə yoluxmuş haldadırlar. 

Və məlum olub ki, bu ağır yaralananların çoxu mart ayından bu vəziyyətdədirlər. Dövlət onların hər birinə kömək etmək üçün lazım olan hər şeyi edəcək".

Təhməz Əsədov
Milli.Az

Məqaləyə dair fotomateriallar:






Ana səhifəyə qayıt        Baxış: 3 128          Tarix: 4-11-2022, 13:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma