Xəbər lenti

Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğan "Likud" partiyasının lideri Benyamin Netanyahunu ötən həftə İsraildə keçirilən seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.

APA İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

"Seçkilərdəki qələbəniz münasibətilə sizi təbrik edirəm və inanıram ki, yeni hökumət regiona sülh və sabitlik gətirəcək şəkildə bütün sahələrdə diplomatik əməkdaşlığı davam etdirəcək”, təbrikdə deyilir.




Ana səhifəyə qayıt        Baxış: 3 761          Tarix: 10-11-2022, 20:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma