Xəbər lenti

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz turnesinə çıxır.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, prezident 23-24 iyul tarixlərində Səudiyyə Ərəbistanı, Qətər və Küveytə səfər edəcək.

Səfərin əsas məqsədi Qətər böhranının həllinə kömək etməkdir.

Xatırladaq ki, BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı və Misir terrorizmə dəstək verməkdə ittiham edərək iyunun 5-də Doha ilə diplomatik əlaqələri kəsiblər. İyunun 23-də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir Doha ilə münasibətlərin normallaşması üçün 13 tələb irəli sürüblər. Ərəb ölkələri, xüsusi halda, Qətərdən İranla diplomatik münasibətləri kəsməyi, Türkiyə hərbi bazasını bağlamağı və “Əl-Cəzirə” peyk telekanalını bağlamağı tələb etdilər. Bundan başqa, Doha yuxarıda adıçəkilən 4 ölkənin terrorçuluqda ittiham etdiyi bütün şəxsləri təhvil verməli idi.

Tələblərin yerinə yetirilməsi üçün Qətərə 10 gün vaxt verilmişdi. Daha sonra bu müddət Küveytin xahişi ilə daha 48 saat uzadıldı.

Lakin Qətər tələbləri yerinə yetirməkdən imtina edib.

Qətər böhranının yaranmasına səbəb olan bəyanatın yerləşdirildiyi Qətər dövlət xəbərlər agentliyinə kiberhücum BƏƏ tərəfindən təşkil edilib.

 




Ana səhifəyə qayıt        Baxış: 820          Tarix: 18-07-2017, 14:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma