Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ötən gün Parisə gedərək Emanuel Makronla görüşdü. Bu görüş zamanı şahidi olduğumuz bəzi məsələləri incələməmişdən qabaq Qazaxıstanın Rusiya ilə son diplomatik münasibətlərinə diqqət etmək yerinə düşər.
Belə ki, Tokayev Fransadan öncə Vladimir Putinlə (noyabrın 27-də) görüşdü. Kremldə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevi qəbul zamanı ona bir beçə təklif irəli sürməsi ilə diqqət mərkəzinə düşüb. Putinin ən diqqətçəkən təkliflərindən biri Qazaxıstan və Özbəkistanın qaz sahəsində Rusiya ilə əməkdaşlıq etməsi ilə bağlıdır.
Kreml sahibinin mavi yanacaqla bağlı təklifi gözlənilən idi. Çünki Avropanın sanksiyaları qarşısında Rusiya yeni bazarlar axtarışındadır və buna görə Mərkəzi Asiyanın tranzit imkanlarından istifadə etməyi planlaşdırır.
Qazaxıstan prezidenti K. F. Tokayev Moskva səfərindən sonra Fransaya yollanıb. Artıq Makronla görüşüb. Bu görüş zamanı Makronun Türk Dövlətləri Təşkilatının üzvü olan Qazaxıstan liderinə qarşı hörmətsizliyi diqqətdən qaçmayıb.
İki ay öncə Nikol Paşinyanı eyni məkanda qəbul edən Fransa dövlət başçısı eyni münasibəti Tokayevə qarşı nümayiş etdirməyib. O, N.Paşinyanın avtomobilinin prezident iqamətgahının pilləkənlərinə kimi gəlməsini tapşırsa da, biz bu dəfə eyni mənzərəni Qazaxıstan lideri üçün müşahidə etmədik. Tokayevi gətirən avtomobil iqamətgahın birinci girişi olan dəmir darvazadan sarayın həyətinə daxil olan kimi saxlayıb. Elə oradaca avtomobildən enən dövlət başçısı onu sarayın qapısında gözləyən Emanuel Makronun yanına kimi piyada getməli olub.
Burada diqqət çəkən digər məqamı qeyd etmək istəyirəm: Adətən belə məqamlarda bir dövlət başçısının başqa bir dövlətə səfəri zamanı piyada hərəkət etdiyi zolaq boyunca qırmızı xalıya tez-tez rast gəlmək olur. Hətta demək olar ki, bu, bir hörmət əlaməti kimi də diplomatiyada qəbul olunur. Lakin biz bu təşəbbüsü də Makrondan Tokayevə qarşı görmədik. Bunun adına Makrondan Türk Dövlətləri Təşkilatının üzvünə qarşı böyük hörmətsilzik də deyə bilərik. Makron bununla növbəti dəfə öz eqosunu, əsl simasını ön plana çıxarmaqla dövlətin mənafeyini bu cür qərarlarına qurban verməyi seçir.
Gələk, Tokayevlə Makron arasındakı müzakirə olunacaq məsələlərə: Müzakirə mövzularında şübhəsiz ki, enerji əməkdaşlığı məsələləri xüsusi yer tutur. Çünkü Avropanın Rusiya ilə mümkün olan bütün kommunikasiyaları kəsdiyi bir vaxtda Qazaxıstanın Fransa ilə kommunikasiyalarının yalnız bir marşrutu qalır - Azərbaycan vasitəsilə.
Bu məqamda bir məsələ ön plana çıxır. Təxminən iki həftə əvvəl Fransa Senatı Azərbaycan əleyhinə heç bir əsası olmayan, Azərbaycanın ərazi bütövlüyünü təhdid altında qoyacaq qətnaməni qəbul etməsi ilə xarici diplomatiyasının ikili standartlar əsasında fəaliyyət göstərdiyini növbəti dəfə nümayiş etdirmiş oldu. Amma biz Tokayevin bu səfəri öncəsi Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə bir senatoru istisna olmaqla yekdilliklə qəbul edilən sözügedən qətnaməni dünən gündəmdən çıxardı. Müzakirə bir günlük təxirə salındı.
Xoruzları axıra qədər banlaya bilməyən Fransanın bu qərarla niyyəti də bəllidir. Avropanın Rusiya ilə mümkün olan bütün kommunikasiyaları kəsdiyi bir vaxtda Qazaxıstanın Fransa ilə kommunikasiyalarının yeganə marşrutu kimi qalan Azərbaycana qarşı Tokayevin Makronlıa görüşü müddətində anti-Azərbaycan qərarını növbəti dəfə müzakirəyə çıxarmaq Parisin öz əli ilə Qazaxıstan fürsətini də əldən buraxmaq demək olardı.
Halbuki, 15-16 gün əvvəl fransız qanunvericiləri Azərbaycanla istənilən təmasları bloklamağa çağıran absurd qətnamə qəbul etmişdi. Fransalı deputatların məntiqi qiymətləndirilə bilməyən hərəkətləri əslində Fransa-Qazaxıstan münasibətlərinin maraqlarına zərbə vurmamaq üçün müvəqqəti təxirə salımdı deyə bilərik. Amma Fransa senatının Azərbaycan əleyhinə qətnamə qərarı qəbul ediləcəyi təqdirdə Fransa-Qazaxıstan münasibətlərinin necə inkişaf edə biləcəyini təsəvvür etmək çətin deyil.
Rəsmi Astana Bakının bu gün müttəfiqlərindən, ən etibarlı tərəfdaşlarından birinə çevrilir. Azərbaycan da eyni zamanda bu gün Mərkəzi Asiyada Avropanın açarını əlində saxlayan əsas aktordur. Bu isə o deməkdir ki, indiki şəraitdə Bakı üçün bölgədə rolunu praktiki olaraq nümayiş etdirmək üçün əla imkanlar yaranır.
/Milli.az/
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar