Xəbər lenti

Rusiya Qərb ölkələrinin Ukraynaya müdaxiləsinə cavab olaraq neft satışına tətbiq etdiyi məhdudiyyətlərdən yan keçmək üçün “kölgə donanması” qurur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Analitiklərin fikrincə, sanksiyalar qüvvəyə mindikdən sonra Rusiyanın daha çox tankerə ehtiyacı duyur. Çünki əvvəki dövrlərdən fərqli olaraq hər səfərin müddət və məsafəsi artıb. Belə ki, əvvəllər Avropada satılan neft indi Asiyada yeni alıcılara göndərilir. Treyderlər “kölgə donanması”nın yaradılmasının sanksiyaların təsirini azaldacağını, lakin onları aradan qaldırmayacağını bildirirlər.

Dəniz nəqliyyatı sahəsində “Braemar” broker firması neft nəql etmək üçün əsasən xarici tankerlərə güvənən Rusiyanın 100-dən çox köhnə tankerdən ibarət donanma qurduğuu xəəbər edib. Enerji konsaltinq şirkəti “Rystad” isə Rusiyanın 2022-ci ildə İran və Venesueladan neft nəqli zəncirinin təmini üçün 103 tanker aldığını bildirib.

Tipik olaraq, bu gəmilərin 12-15 yaşı var və yaxın bir neçə ildə istismardan çıxarılacağı gözlənilir.

Gələn xəbərlərə görə, 2022-ci ildə Rusiya ilə əlaqəli operatorlar VLCC (Very Large Crude Carrier) kimi tanınan 29-a qədər supertanker alıblar. Bunlar hər biri 2 milyon bareldən çox yük daşıya bilən iri xam neft tankerləridir. Rusiyanın, həmçinin hər biri təxminən 1 milyon barel daşıya bilən “Suezmax” ölçülü 31 tanker və hər biri təxminən 700 000 barel daşıya bilən 49 “Aframax” tankerini öz donanmasına əlavə edəcəyi gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 3 142          Tarix: 3-12-2022, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma