Xəbər lenti

    

Xəbər verdiyimiz kimi, bağlanan və ləğv prosesində olan bankların balansında olan evlər, qeyri-yaşayış sahələri və maşınlar, banklara məxsus bankomatlar hərraca çıxarılıb. Bununla bağlı bu ilin fevral ayında ardıcıl 3 hərrac keçiriləcək.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin balansında olan bağ evinin satışı üzrə hərrac 2018-ci il il fevralın 12-də baş tutacaq. Ötən dəfəki hərracda satılmayan digər əmlaklar isə ikinci dəfə satışa çıxarılacaq. Həmin əmlaklar üzrə təkrar hərrac fevralın 19-a təyin edilib.

Qeyd edək ki, növbəti hərracda “Royalbank”, “Zaminbank” “Kredobank” “Qafqaz İnkişaf Bankı”na məxsus qeyri-yaşayış sahələri və maşınlar da satılacaq. İlk dəfə satışa çıxarılan bu əmlaklar üzrə hərrac isə fevralın 26-da keçiriləcək.

FED.az satışa çıxarılan əmlakların qiymətlərini təqdim edir:

“TOYOTA COROLLA” – 22.550 manat

FƏRDİ YAŞAYIŞ EVİ – 91.100 manat

BANKOMAT – 4.550 manat

BANKOMAT – 4.050 manat

FƏRDİ YAŞAYIŞ EVİ – 60.800 manat

“VAZ-213100 NƏQLİYYAT VASİTƏSİ – 13.080 manat

“VAZ-213100 NƏQLİYYAT VASİTƏSİ – 14 080 manat

“FORD TRANSİT CONNECT” – 15.080 manat

“FORD TRANSİT CONNECT” – 15.880 manat

“TOYOTA CAMRY” – 33 570 manat

“TOYOTA CAMRY” – 34.070 manat

“MİTSUBİSHİ LANCER” – 8.170 manat

“MERCEDES BENZ GLS63AMG” – 74.070 manat

“LEXUS LX570” – 100 070 manat

“JEEP GRAND CHEROKEE” – 34.570 manat

“LEXUS LX570” – 106.070 manat

“MİTSUBİSHİ LANCER” – 7.370 manat

“MİTSUBİSHİ OUTLANDER” – 18.570 manat

“MERCEDES BENZ GL 55” – 33.070 manat

“MERCEDES BENZ S 500” – 164.070 manat

“MERCEDES BENZ S350” – 9.835 manat

BANKOMAT – 4.250 manat

BANKOMAT – 4.050 manat

“QAZ 3110” – 1.538 manat

“TOYOTA CAMRY” – 3.550 manat

“TOYOTA LAND CRUİSER” – 18.050 mnat

“FORD TRANSİT CONNECT” – 4.150 manat

QEYRİ YAŞAYIŞ SAHƏSİ – 45.450 manat

QEYRİ YAŞAYIŞ SAHƏSİ – 125.150 manat

QEYRİ YAŞAYIŞ SAHƏSİ – 300.100 manat

QEYRİ YAŞAYIŞ SAHƏSİ – 208.100 manat

QEYRİ YAŞAYIŞ SAHƏSİ – 435.100 manat

QEYRİ YAŞAYIŞ SAHƏSİ – 200.100 manat

QEYRİ YAŞAYIŞ SAHƏSİ – 210.100 manat

QEYRİ YAŞAYIŞ SAHƏSİ – 245.100 manat

QEYRİ YAŞAYIŞ SAHƏSİ – 295.100 manat

BAĞ EVİ – 150.150 manat

“DAEWOO NEXİA” – 5.050 manat

“MİTSUBİSHİ LANCER” – 7 550 manat

“MİTSUBİSHİ LANCER” – 6 050 manat

“MİTSUBİSHİ LANCER” – 7 050 manat

“TOYOTA COROLLA” – 22.550 manat – 6 ədəd

“TOYOTA COROLLA” – 11 050 manat

QEYRİ YAŞAYIŞ SAHƏSİ – 250.150 manat

BANKOMAT – 6.750 manat – 2 ədəd

TORPAQ SAHƏLƏRİ – 25.750 manat

Qeyd edək ki, adıçəkilən torpaq sahələri ləğv prosesində olan “Texnikabank” ASC-nin kredit təminatı kimi balansa götürülmüş əmlakdır. Ümumilikdə 12,0169 hektardan ibarət olan torpaq sahəsinin kompleks satışı həyata keçiriləcək. Əmlak Şabran rayonu Mollakamallı kəndində yerləşir.

Şabran rayonu, Mollakamallı kəndində – 4,5344 ha

Mollakamallı kəndində – 4,9481 ha

Mollakamallı kəndində 2,5344 ha

Bağlanan bankların əmlaklarını almaq istəyən şəxslər onların texniki vəziyyəti və yararlılığı ilə tanış ola biləcəklər. Bunun üçün hər bir əmlakın yerləşdiyi ünvana gedərək fərdi qaydada onlar barədə dolğun informasiya almaq mümkündür. Ünvanlar elanlarda ayrı-ayrı qeyd edilib. Yaranan suallarla bağlı 566-70-25 və 566-79-67 nömrələri də əlaqə saxlamaq mümkündür.

Hərracda iştirak etmək istəyən şəxslər almaq istədikləri əmlakın ilkin satış qiymətinin 5%-i məbləğində beh, 2%-i məbləğində iştirak haqqı və 1% hərrac addımı üçün ödəməlidirlər. Məsələn, ilkin satış qiyməti 25 080 manat olan mənzilin hərrac addımının məbləği 1% – 251 manat, hərracda iştirak haqqının məbləği 2% – 502 manat, behin məbləği ilkin satış qiymətinin 5 % – 1 254 manat olacaq. Onu da deyək ki, beh məbləğləri fevralın 19-dan – 23-dək qəbul ediləcək.

Onu da deyək ki, Əmanətləarin Sığortalanması Fondu bağlanan bankların ümumilikdə nə qədər əmlakının olması və kreditorların tələbləri barədə məlumatları açıqlamır.//FED.az




Ana səhifəyə qayıt        Baxış: 690          Tarix: 26-01-2018, 23:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma