Xəbər lenti
Dünən, 19:25

Finlandiya və İsveç parlamentlərinin sədrləri ölkələrinin NATO-ya üzvlüyü ilə bağlı məsələləri müzakirə etmək üçün yanvarda Türkiyəyə gələcəklər.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyə parlamentinin sədri Mustafa Şentop “CNN Türk”ə bildirib.

O xatırladıb ki, Helsinki və Stokholm Ankaraya bir sıra vədlər verib və Türkiyə tərəfi onların yerinə yetirilməsini izləyir.

“İki ölkənin parlament rəhbərləri yanvarda Türkiyəyə səfər edəcəklər. Onların pozitiv və qətiyyətli olduqlarını görürəm. İsveç və Finlandiya milli təhlükəsizliklərini gücləndirmək üçün NATO-ya üzv olmaq istəyirlər. Biz buna inanmalıyıq. Bunun üçün onlar konkret addımlar atmalıdırlar. Bunun fonunda da Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi ilə bağlı qərar verəcək”, – Şentop deyib.




Ana səhifəyə qayıt        Baxış: 2 932          Tarix: 10-12-2022, 18:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma