Xəbər lenti
Dünən, 19:25

Dünya çempionatının finalında məğlub olan Fransanın şəhərlərində futbol azarkeşləri küçələrə axışıb.

Modern.az xəbər verir ki, bu barədə "La Figaro" nəşri məlumat yayıb.

Bildirilir ki, məğlubiyyətdən məyus olan fransız azarkeşlər Paris, Nitsa, Bordo və Nant küçələrində polislə toqquşub.

Nitsada qəzəbli azarkeşlər polis əməkdaşlarına şüşə butulkalar atıblar. Buna cavab olaraq asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə edib.

Bundan başqa, Parisdəki Yelisey meydanında da toqquşmaların olduğu bildirilir. Fransanın digər şəhərlərindən çəkilmiş fotolarda polis maşınlarının yolları bağladığı görünür.

Qeyd edək ki, bu gün Qətərdə keçirilən futbol üzrə dünya çempionatının final oyununda Argentina millisi Fransanı məğlub edərək tarixində üçüncü dəfə munidalın qalibi olub.




Ana səhifəyə qayıt        Baxış: 3 314          Tarix: 19-12-2022, 10:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma