Xəbər lenti

 

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 10 idman növü üzrə mübarizə gedəcək.

Ovqat.com-un Goal.az-a istinadən verdiyi məlumatına görə, bunlardan basketbol 3X3 və suya tullanma növləri üzrə yarışlara start veriləcək. Əvəzində boksçular, taekvondoçular və voleybolçu qadınlar çıxışlarını başa vuracaqlar. 

Boks növündə Azərbaycanın 6 təmsilçisi finala yüksəlib, daha 1-i isə bürünc medalını rəsmiləşdirib. Taekvondoda ölkə idmançıları son 5 çəki dərəcəsindən 4-də çıxış edəcəklər. Voleybolçu qadınların mübarizəsində isə Azərbaycan millisi Türkiyə ilə final görüşündə üz-üzə gələcək. 

23 yaşadək futbolçuların mübarizəsində yarımfinal görüşləri də diqqət mərkəzində olacaq. Azərbaycan millisi Əlcəzairlə, Kamerun Omanla qarşılaşacaq. Bu komandalardan 3-ü, o cümlədən Yaşar Vahabzadənin baş məşqçi olduğu kollektiv qrup mərhələsində 5 xal toplayıb. Yalnız Əlcəzair A qrupunu 7 xalla birinci pillədə tamamlayıb. "Dalğa Arena"da keçiriləcək görüşlərin qalibləri finala yüksələcəklər. 

Yunan-Roma güləşi növündə Azərbaycanın 4 təmsilçisindən 3-nün ilk rəqibi iranlılar olacaq.

Stolüstü tennisçilərin yarışında Azərbaycanı təmsil edən çinli legionerlər 1/4 final görüşlərinə çıxacaqlar.

İslamiada başlayandan ən uğursuz nəticələr göstərən Azərbaycan tennisçiləri qadınların fərdi yarışında ilk görüşlərinə çıxacaqlar. 

Atletika / para-atletikada isə yeni medalların əldə olunma ehtimalı böyükdür. 

Atletika 

Kişilər

100 metr T11: Təsnifat mərhələsi. Elçin Muradov, Nurlan İbrahimov

Nizə atma F13: Final. İslam Qəhrəmanzadə, Vladimir Zayets

Qadınlar 

200 metr: Final. Zəkiyyə Həsənova 

Uzunluğa tullanma: Final. Yekaterina Sarıyeva, Yelena Pextıryova

Hündürlüyə tullanma: Final. Aleksandra Biryukova, İlona Salyamova

Nizə atma: Final. Raqnetta Zülfüqarova

Bakı Olimpiya Stadionu

Basketbol (3X3)

Kişilər

A qrupu: AZƏRBAYCAN, Səudiyyə Ərəbistanı, Pakistan, Türkmənistan, Türkiyə

16:30. Türkiyə - Pakistan

17:00. Türkmənistan - Səudiyyə Ərəbistanı

18:30. Türkiyə - Azərbaycan

19:00. Səudiyyə Ərəbistanı - Pakistan

20:00. Azərbaycan - Türkmənistan

B qrupu: Kot dİvuar, İndoneziya, İordaniya, Mali, Qətər

11:00. İndoneziya - Qətər 

11:30. Kot dİvuar - Mali

12:30. İndoneziya - İordaniya

13:00. Qətər - Kot dİvuar

13:30. Mali - İordaniya

Qadınlar

A qrupu: Əlcəzair, AZƏRBAYCAN, Mali, Türkmənistan

10:00. Türkmənistan - Azərbaycan

10:30. Əlcəzair - Mali

12:00. Azərbaycan - Əlcəzair

B qrupu: İndoneziya, Pakistan, Fələstin, Suriya, Türkiyə 

15:30. İndoneziya - Türkiyə 

16:00. Suriya - Fələstin

17:30. İndoneziya - Pakistan

18:00. Türkiyə - Suriya

19:30. Fələstin - Pakistan

Basketbol Arenası

Boks 

Final

60 kq. Cavid Çələbiyev - Ammar Kərbəlayi (İraq)

69 kq. Tamerlan Abdullayev - Bobo-Usmon Baturov (Özbəkistan)

75 kq. Kamran Şahsuvarlı - Tursınbay Kulahmet (Qazaxıstan) 

81 kq. Rauf Rəhimov - Arslanbek Açilov (Türkmənistan) 

91 kq. Teymur Məmmədov - Burak Akşin (Türkiyə)

+91 kq. Məhəmmədrəsul Məcidov - Manaf Asad (Suriya)

Bakı Kristal Zalı-2

Suya tullanma

Kişilər

3 metr tramplin: Təsnifat mərhələsi. Dmitri Sorokin, Artyom Danilov

Bakı Su İdmanı Mərkəzi 

Futbol 

Yarımfinal 

12:30. Əlcəzair - Azərbaycan

"Dalğa Arena"

18:30. Kamerun - Oman

"Dalğa Arena"

Stolüstü tennis

1/4 final

Kişilər

Xinhanq Yu - Nima Deronkolayi Alamiyan (İran)

Qadınlar

Miao Vanq - Maryam Samet (İran)

Jinq Ninq - Diana Assi (Fələstin)

"Sərhədçi" İdman Olimpiya Mərkəzi

Taekvondo 

Kişilər

63 kq: 1/8 final. Məhəmməd Məmmədov - İbrahim Zarman (İndoneziya) / Ahmad Alhosani (BƏƏ) cütünün qalibi

74 kq: 1/4 final. Səid Quliyev - Muhammad Fahim (Pakistan) / Toş van Diyk (Surinam) cütünün qalibi

87 kq: 1/4 final. Ramin Əzizov - Anas Sadek (İordaniya)

Qadınlar 

62 kq: 1/4 final. Darya Şkurko - Sukayna əl-Auni (Mərakeş)

Bakı İdman Zalı

Tennis

Qadınlar

1/8 final 

Umayra Haşımova - Jahan Bayramova (Türkmənistan)

Amina Dik - Komola Umarova (Özbəkistan) 

Bakı Tennis Akademiyası 

Voleybol

Kişilər 

B qrupu 

10:00. İran - Əlcəzair 

12:30. Səudiyyə Ərəbistanı - Mərakeş 

Xal durumu: İran - 9 xal (3 oyuna), Əlcəzair - 6 (2), Qətər - 3 (3), Səudiyyə Ərəbistanı - 0 (2), Mərakeş - 0 (2) 

Qadınlar 

3-cü yer uğrunda

17:00. Tacikistan - Qırğızıstan

Final

19:30. Azərbaycan - Türkiyə

Bakı Kristal Zalı-1

Yunan-Roma güləşi 

66 kq

1/4 final. Kamran Məmmədov - Mehdi Zeydvand (İran)

75 kq

1/4 final. Elvin Mürsəliyev - Rəsul Qarmsiri (İran)

85 kq 

1/4 final. İslam Abbasov - Mahdi Fallah Hamidabadi (İran) 

130 kq

1/4 final. Sabah Şəriəti - Musab Akram Xan (Pakistan)

Heydər Əliyev adına Arena




Ana səhifəyə qayıt        Baxış: 3 947          Tarix: 18-05-2017, 13:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma