Rusiya ordusu 2023-cü ildə bir sıra birgə hərbi təlimlər keçirəcək.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat verib.
Bildirilib ki, Hindistanla “İndra-2023”, Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri ilə “Sülh Missiyası-2023”, Pakistanla “Dostluq-2023”, Monqolustan ilə “Selenqa-2023”, Kollektiv Qüvvələrin iştirakı ilə “Sərhəd-2023” manevrləri Rusiya poliqonlarında baş tutacaq.
Həmçinin, yeni ildə Əlcəzair, Laos və Vyetnamla da birgə hərbi təlimlər nəzərdə tutulub.
Bundan əlavə, Rusiya hərbçilərinin KTMT-nin sülhməramlı kontingentinin Ermənistanda keçiriləcək “Sarsılmaz qardaşlıq-2023” təlimlərində iştirak edəcəyi açıqlanıb.
“Təlimlər zamanı hərbi əməliyyatların birgə planlaşdırılması məsələləri, iştirakçı ölkələrin Quru Qoşunlarının qərargah və bölmələrinin nümayəndələri arasında qarşılıqlı fəaliyyət qaydası, o cümlədən, şərti qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi üzrə taktiki hərəkətlər işlənib hazırlanacaq”, - Müdafiə Nazirliyi qeyd edib.
Mənbə: lenta.ru
Paylaş: