Xəbər lenti
Dünən, 19:25

“Patriot” komplekslərinin Ukraynaya təhvil verilməsi üçün hazırlıqlara başlanılıb.

Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

"Keçən ili biz Kiyevi "Patriot" sistemləri ilə təmin etmək üçün Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ lideri Co Bayden tərəfindən razılaşdırılan inqilabi qərarla yekunlaşdırdıq. Biz ABŞ-ın bu addımını çox yüksək qiymətləndiririk. "Patriot"ların mümkün qədər tez yerləşdirilməsini səbirsizliklə gözləyirik. Bu sistemlərin təhvil verilməsi üçün hazırlıqlar artıq başlayıb", - XİN başçısı bildirib.




Ana səhifəyə qayıt        Baxış: 2 883          Tarix: 4-01-2023, 18:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma