Xəbər lenti

Suriyanın cənubunda ABŞ əsgərlərinin yerləşdiyi Əl Tanif bazasına kamikadze dronlarla hücum edildiyi bildirilib.

Musavat.com xəbər verir ki, hadisə ilə bağlı ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) rəsmi açıqlama verilib.

Verilən açıqlamada "Bu səhər Suriyada Əl Tanif Qarnizonuna 3 pilotsuz təyyarə ilə hücum edib. İki pilotsuz təyyarə Koalisiya Qüvvələri tərəfindən vurularkən, biri bazaya dəyib. İki Suriya Azad Ordusu üzvü yaralanıb və müalicəsi davam etdirilir. ABŞ əsgərləri tərəfindən heç kim xəsarət almayıb”,-deyə bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 3 760          Tarix: 21-01-2023, 09:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma