Xəbər lenti
Dünən, 19:25

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Qərbin Rusiya Prezidenti Vladimir Putinlə bağlı əsas səhvini açıqlayıb. Onun qənaətincə, Rusiya liderinə qarşı sərt sanksiyalar hələ 9 il öncə işə salınmalı idi.

“Report” xəbər verir ki, bu fikirləri britaniyalı siyasətçi Ukraynanın “Rada” telekanalına müsahibəsində səsləndirib.

“Putinə qarşı sanksiyalar 2014-cü ildə tətbiq edilməli idi və biz onları yalnız 2022-ci ildə tətbiq etdik. Bu ciddi olardı, ancaq biz heç nə etmədik. O zaman biz hansı sanksiyaları işə saldıq? “Normand prosesi” adlanan bu diplomatik imitasiyaya başladıq və heç nəyə nail olmadıq. Putin isə belə nəticəyə gəlib ki, Qərb onu dayandırmayacaq. Səhv də elə burada idi”, - B. Conson vurğulayıb.

Keçmiş hökumət başçısının sözlərinə görə, hamı bu “fundamental dərsi” mənimsəyib.

“Normand prosesində, Minsk razılaşmalarında iştirak edən ölkələr olub. Bütün bunlar heç yerə aparmırdı. İnsanların mənimsədiyi ən böyük dərs odur ki, 2014-cü ildə uğursuzluğa düçar olduq, etməli olduğumuz şeyi etmədik”, - britaniyalı dövlət xadimi aydınlıq gətirib.

“Normand dördlüyü” və ya “Normand formatı” Ukraynanın şərqindəki durumu nizamlamaq üçün dörd ölkənin (Almaniya, Rusiya, Ukrayna və Fransa) liderlərindən ibarət qrupdur. “Normand formatı”nın əsası 2014-cü ildə Fransanın Normandiya regionunda adı çəkilən dövlətlərin liderlərinin görüşündə qoyulub.




Ana səhifəyə qayıt        Baxış: 3 006          Tarix: 27-01-2023, 09:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma