Türkiyənin müdafiə naziri Hulusi Akar Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Kayseri şöbəsinin tədbirinə qatılıb.
O, çıxışında Türkiyədə ticarət və sənaye sahəsində mühüm irəliləyişlərin olduğunu ifadə edərək Kayseri bölgəsinin də iqtisadiyyatda əhəmiyyətli uğurlar qazandığını vurğulayıb.
Sülh üçün mübarizə apardıqlarını bəyan edib nazir Azərbaycanı da xatırladıb.
“Bir tərəfdən sərhədlərimizin qorunması üçün, digər tərəfdən terrorla mübarizə üçün Kipr Türk Cümhuriyyəti, azərbaycanlı qardaşlarımız və Liviyalı qardaşlarımız başda olmaqla Somalidə, Sudanda, Kosovoda, Bosniyada və dünyanın 19 fərqli yerində mümkün olan bütün coğrafiyalarda minlərlə əsgərimizlə regional və dünya sülhünə töhfə vermək üçün gecə-gündüz işimizi davam etdiririk”, - Akar bildirib.
O, İsveç və Finlandiyanın NATO-ya daxil olması məsələsini şərh edərkən Ankaranın hər iki ölkədən əməli addımlar gözlədiyini qeyd edib.
Mənbə: Hürriyyet
Paylaş: