Xəbər lenti
Dünən, 19:25

Niderlanda məxsus F-35 döyüş təyyarələri Polşa yaxınlığında 3 Rusiya döyüş təyyarəsinin qarşısını kəsib və təyyarələri Polşa hava məkanından uzaqlaşdırıb.

Bu barədə Niderland müdafiə rəsmiləri açıqlama veriblər.

Niderland Müdafiə Nazirliyindən verilən məlumata görə, hadisə naməlum təyyarələrin Kalininqraddan Polşanın NATO məsuliyyət zonasına yaxınlaşması zamanı baş verib.

Təyyarələrin Rusiyanın İL-20M kəşfiyyat təyyarəsini müşayiət edən iki “SU-27 Flanker” olduğu müəyyən olunub. Niderland F-35-ləri təyyarələri uzaqdan izləyiblər və sonra vəzifələrini NATO ortaqlarına təhvil veriblər.

Polşa Müdafiə Nazirliyi isə hava məkanı ilə bağlı hər hansı problemin olmadığını bildirib.

Mənbə: Haber Global




Ana səhifəyə qayıt        Baxış: 3 587          Tarix: 15-02-2023, 11:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma