"Belarus prezidenti Aleksandr Lukaşenko başa düşməlidir ki, ölkəsinin Ukraynadakı münaqişəyə girməsi onun üçün “son” demək olacaq. Çünki Belarus xalqı, demək olar ki, bütünlüklə ona qarşı çıxacaq".
Publika.az xəbər verir ki, bunu Ukraynanın “1+1” telekanalına müsahibəsində Polşa prezidenti Anjey Duda deyib.
“Birincisi, bu, heç bir döyüş təcrübəsi olmayan və birdən-birə zəif silahlanmış bir çox Belarus əsgərləri üçün ölüm demək olardı. Onlar uzun illər döyüşən və vətənlərini müdafiə etmək əzmində olan ukraynalılarla qarşılaşacaq. İkincisi, belaruslar döyüşkən xalq deyillər və döyüşmək istəmirlər. Lukaşenko yaxşı bilir ki, bu, onun üçün son demək olacaq, çünki xalq, mənim fikrimcə, praktiki olaraq bütün gücü ilə ona qarşı çıxacaq”, - deyə Duda bildirib.
Paylaş: