Xəbər lenti
Bu gün, 19:25

 

Almaniyanın "Rheinmetall" konserni Ukraynada ildə 400-ə qədər “Leopard” tankı istehsal etmək qabiliyyətinə malik silah fabriki tikməyi planlaşdırır.

 

Ovqat.com-un mlumatına görə, konsernin baş direktoru Armin Papperger bunu “Rheinische Post” qəzetinə açıqlamasında deyib.

 

Baş direktorun fikrincə, Kiyevə 600-dən 800-ə qədər tank lazımdır və bu rəqəmə nail olmaq üçün tez bir zamanda yeni maşınların istehsalına başlanmalıdır. "Ukrayna hökuməti ilə danışıqlar ümidvericidir və mən yaxın iki ay ərzində qərarın qəbul ediləcəyinə ümid edirəm", - deyə A. Papperger bildirib.

 

Pappergerin hesablamalarına görə, tikinti 200 milyon avroya başa gələ bilər ki, bu da Almaniya büdcəsindən ayrılmalıdır.

 

Alman konserni “Rheinmetall” sursat və hərbi texnika istehsalı ilə məşğuldur. Konsern “Krauss-Maffei Wegmann” mühəndis şirkəti ilə birlikdə Almaniyanın Ukraynaya göndərməyə qərar verdiyi “Leopard” tankları istehsal edir.

 




Ana səhifəyə qayıt        Baxış: 5 305          Tarix: 5-03-2023, 08:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma