Xəbər lenti

 

Misir hərbçiləri son dörd sutka ərzində Sinay yarımadasında 30 silahlını məhv edib.

 APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Misir Silahlı Qüvvələrinin nümayəndəsi bildirib.

 Məlumata əsasən, Sinay yarımadasının şimalında həyata keçirilən əməliyyat zamanı  həmçinin 5 radikal dəstə üzvü həbs edilib.

 Misir ordusu Sinay yarımadasının şimalında iki ilə yaxındır ki, ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir. Regionda son zamanlar  terrorçuların hücumları nəticəsində yüzlərlə asayiş keşikçisi ölüb və yaxud xəsarət alıb.




Ana səhifəyə qayıt        Baxış: 623          Tarix: 22-07-2017, 06:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma