Xəbər lenti
Bu gün, 19:25

Cənubi Koreya və ABŞ bu gündən etibarən “Freedom Shield” (“Azadlıq Qalxanı”) adı altında birgə hərbi təlimlərə başlayıb.

Hərbi təlimlər əsasən Şimali Koreyanın nüvə raket hücumlarını dəf etmək ssenarilərinə qarşı hazırlanmış xüsusi proqram üzrə təşkil olunub.

“Birgə təlimlər müdafiə xarakteri daşıyır və Koreya Respublikasını Şimali Koreyanın mümkün təcavüzündən qorumaq planına əsaslanır”, - deyə Cənubi Koreya Respublikasının Baş Qərargah Komitəsinin məlumatında qeyd olunub.

Hərbi təlimlər 11 gün - martın 23-dək davam edəcək.

Mənbə: Yonhap




Ana səhifəyə qayıt        Baxış: 2 620          Tarix: 13-03-2023, 13:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma