Qərb sanksiyalarından yan keçərək Rusiya neftini Asiyaya daşıyan onlarla tankerdən ibarət “kölgə donanması” ABŞ-nin sanksiyalarına tuş gəlib.
Belə ki, Rusiyadan əsas neft daşıyıcısına çevrilən Hindistanda qeydiyyatdan keçmiş “Gatik Ship Management” şirkəti qiymət tavan mexanizminin pozulması səbəbindən beynəlxalq sığortadan məhrum olub.
Məlumata görə, baş ofisi Mumbayda yerləşən və keçən ilə qədər az tanınan şirkət ümumi həcmi 30 milyon bareldən çox olan və 1,4 milyard dollar dəyərində 48 tankerdən ibarət donanma toplayıb. Demək olar ki, bütün gəmilər Rusiya limanlarına səfər edərək oradan neft və ya neft məhsulları çıxarıblar.
Qeyd edək ki, dekabrın 5-dən qüvvəyə minən sanksiyalar çərçivəsində Rusiya neftinin tədarükünə yalnız onun 60 dollardan aşağı qiymətə satıldığı halda icazə verilir.
Mənbə: mignews.com
Paylaş: