Türkiyə Mərkəzi Bankının rəhbəri təyin edilən Hafizə Qayə Ərkan “kölgə xarici siyasət agentliyi” adlandırılan ABŞ Xarici Əlaqələr Şurasının (CFR) üzvləri siyahısındadır.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlıq” qəzeti yazıb.
“ABŞ-ın “kölgə xarici siyasəti” adlandırılan CFR-nin digər üzvləri sırasına “dərin dövlət”in Rokfeller, Kissincer və Olbrayt kimi tanınmış nümayəndələri də daxildir”, – nəşr bildriib.
Bildirilib ki, CFR-in 5143 üzvü var.
Qeyd edək ki, Hafizə Qayə Ərkan buna qədər ABŞ-ın “Goldman Sachs” investisiya bankında işləyib. Orada o, ABŞ-ın iri banklarının və sığorta şirkətlərinin direktorlar şuralarına və yüksək menecmentinə balans və risklərin idarə edilməsi üzrə məsləhətlər verib. O, həmçinin Prinston Universitetində Əməliyyat Tədqiqatları və Maliyyə Mühəndisliyi Departamentinin məsləhət şurasında yer alır.
ABŞ-da onu “böyük türk qadın” adlandırırlar.
Paylaş: