Xəbər lenti

Rusiya ordusu Ukraynaya yenidən hava zərbələri endirib. Bu dəfə daha çox ballistik raketlərdən istifadə olunub. Hücum zamanı Kiyev vilayətində xeyli yaşayış binası dağılıb, yaralananlar var.

Bu barədə Baku TV-nin Şərqi Avropa bürosunun xüsusi müxbiri Mübariz Aslanov məlumat verib.

Bildirilib ki, Rusiyanın Ukraynaya axşam saatlarına qədər davam edən hücumu nəticəsində Stari Petrovski qəsəbəsinin yarısı dağıdılıb. Kiyevə endirilən zərbələrin hamısı havada məhv edilib. Lakin ballistik raketlərin qalıqları evlərin üzərinə düşərək onları dağıdıb.

Kiyevin Petrovski inzibati birliyinin rəhbəri Radion Starinki ərazidə 30-dan çox tikilinin dağıldığını qeyd edib:

“Raket hücumu nəticəsində ilkin məlumatlara görə, 33 evə ziyan dəyib, 3 ev isə tam yararsız hala düşüb. Son məlumatlara görə, tibb məntəqəsinə yardım üçün 3 böyük və bir uşaq müraciət edib”. 

Qeyd edək ki, son 2 gündür Kiyev vilayətində dayanmadan hava həyəcan siqnalı verilir.




Ana səhifəyə qayıt        Baxış: 2 852          Tarix: 17-06-2023, 15:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma