Xəbər lenti

“Vaqner” özəl hərbi şirkətinin texnika kolonu Rusiyanın Rostov vilayətini tərk etdikdən sonra ərazidə 10 min kvadratmetrdən çox yol örtüyünün zədələndiyi məlum olub.

Bu barədə şəhər administrasiyasının rəhbəri Aleksey Loqvinenko özünün “Telegram” kanalında məlumat verib.

“Ən çox zərər çəkən ərazi Budyonnovski prospekti olub. Artıq bu gün işçi qrupları dəymiş ziyanı aradan qaldırmağa başlayacaqlar. Bütün işlərin iki günə başa çatdırılması planlaşdırılır”, - deyə məlumatda vurğulanıb.

Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 3 463          Tarix: 25-06-2023, 15:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma