Xəbər lenti

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyada üsyan cəhdi ətrafında yaranmış vəziyyətlə bağlı onu qəhrəmana çevirməməyə çağırıb.

Lukaşenko bu barədə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putindən və “Vaqner”in təsisçisi, iş adamı Yevgeni Priqojindən də qəhrəman yaratmağa dəyməz.

“Dedim ki, heç bir halda məndən qəhrəman yaratmayın. Nə məndən, nə Putindən, nə də Priqojindən qəhrəman yaradın. Çünki biz vəziyyəti əldən verdik, sonra bunun həll olunacağını düşündük, amma həll olunmadı. Cəbhədə döyüşən iki nəfər üz-üzə gəldi. Bu işdə qəhrəmanlar yoxdur”, - deyə Lukaşenko vurğulayıb.

Xatırladaq ki, Federal Təhlükəsizlik Xidməti Rusiyada silahlı üsyana cəhdlə bağlı cinayət işinə xitam verib. Qurumdan verilən məlumata görə, qanunsuz hərəkətlərin iştirakçıları bilavasitə cinayət törətməyə yönəlmiş manevrlərinə son veriblər.

Mənbə: News.ru




Ana səhifəyə qayıt        Baxış: 3 194          Tarix: 27-06-2023, 17:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma