Ukraynanın NATO-ya üzvlüyü müharibəni yalnız uzada və hətta daha da gücləndirə bilər.
Axar.az xəbər verir ki, bunu britaniyalı hərbi analitik Şon Bell bildirib.
O qeyd edib ki, NATO müdafiə ittifaqıdır və hər hansı yeni ölkə üzv hesab olunmazdan əvvəl geniş üzvlük meyarlarına cavab verməlidir:
"Bütün üzvlər kollektivə əhəmiyyətli hərbi töhfə verə bilməli və ehtiyacı olan hər hansı üzv dövlətə hərbi dəstək göstərmək üçün niyyətini aydın şəkildə nümayiş etdirməlidir".
"NATO-ya üzvlük Ukraynanın uzunmüddətli müharibədən sonrakı təhlükəsizliyini təmin etmək üçün bir variant təklif edir, lakin bu, yeganə variant deyil və NATO-ya üzvlüklə bağlı razılaşma Ukraynadakı dağıdıcı müharibəni sadəcə olaraq uzada və hətta gücləndirə bilər", - Bell qeyd edib.
Paylaş: