Xəbər lenti

Krım körpüsündə partlayış baş verib, nəticədə azı iki nəfər ölüb.

Axar.az xəbər verir ki, bu barədə "Baza” Teleqram kanalı məlumat yayıb.

Partlayış nəticəsində Rusiyanın Belqorod vilayətindən olan turistlərin olduğu avtomobilə də ziyan dəyib, 1 nəfər xəsarət alıb.

Daha əvvəl Krımının qondarma “rəhbəri” Sergey Aksyonov Teleqramda bildirib ki, fövqəladə vəziyyətlə əlaqədar körpüdə nəqliyyatın hərəkəti dayandırılıb. "Krasnodar diyarı istiqamətində, 145-ci dayaq məntəqəsində fövqəladə hadisə baş verib. Hüquq-mühafizə orqanları və bütün cavabdeh qurumlar ərazidə işləyir", - o deyib.

Hadisənin təfərrüatı açıqlanmır.




Ana səhifəyə qayıt        Baxış: 3 444          Tarix: 17-07-2023, 10:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma