Xəbər lenti

HƏMAS-ın İsrailə hücumu nəticəsində Sderot qəsəbəsində 5 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

“Report” “The Times of Israel” ə istinadən xəbər verir ki, HƏMAS təşkilatı Qəzza zolağındakı İsrailin cənubuna və mərkəzinə kütləvi raket zərbələri endirir.

Təşkilatın üzvləri artıq sərhəddə yerləşən Sderot qəsəbəsinə və digər ərazilərə sızıblar. Ərazilərdə toqquşmalar yaşanır.

Qeyd edək ki, bu gün İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu həyəcan siqnalı səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Atılan raketlər nəticəsində 70 yaşlı qadın həyatını itirib. Cənub dairəsində isə polis general-mayoru Amir Koen yaralanıb. Ölkədə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.


11:43

İsrail ərazisinə Qəzza zolağından atılan raketlərdən sonra 80-ə yaxın yaralı ölkənin cənubundakı Beer-Şeva şəhərindəki “Soroka” xəstəxanasına aparılıb.

“Report” xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.

Bildirilib ki, yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.




Ana səhifəyə qayıt        Baxış: 5 358          Tarix: 7-10-2023, 12:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma