Xəbər lenti

“İsrail ordusu bu günün sonuna kimi HƏMAS yaraqlılarının ölkə ərazisindən təmizlənməsini başa çatdıracağına ümid edir”.

Bu açıqlama ilə İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi Riçard Heht çıxış edib.

“Biz bütün diqqətimizi gücümüzü qorumağa yönəltmişik. Biz danışdığımız müddətdə döyüşlər davam edir. Ümid edirik ki, günün sonuna qədər İsrail daxilində sağ terrorçu qalmayacaq” - deyə Riçard Heht qeyd edib.

Mənbə: CNN




Ana səhifəyə qayıt        Baxış: 3 233          Tarix: 7-10-2023, 20:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma