Xəbər lenti

Fələstin mövzusundakı həssaslığı və fələstinli uşaqlara etdiyi böyük xeyriyyə işləri ilə diqqət çəkən "Real Madrid" futbol klubunun ulduzu Kristiano Ronaldo “Qüds üçün yeni qapı” toplantısına dəvət alıb.

Publika.az xəbər verir ki, Ronaldonun toplantıya qatılması üçün Türkiyə Səadət Partiyasının sədri Təməl Qaramollaoğlu ona məktub yazıb.

Partiya sədri yazdığı məktubda son günlərdə Qüdsdə yaşanan hadisələrə diqqət çəkib:

“Məscidi-Aksada yaşanan hadisələr üçün böyük üzüntü keçiririk. Səadət Partiyası olaraq xalqımızın hisslərinə tərcüman olmaq, Fələstində yaşananlara öz münasibətimizi göstərmək və beynəlxalq ictimaiyyətin diqqətini Fələstinə yönəltmək məqsədilə İstanbulda “Böyük Qüds mitinqi” təşkil edəcəyik. Sizin də bu toplantıya qatılmağınız fələstinli qardaşlarımız başda olmaqla, şiddətə məruz qalmış coğrafiyalara ümid işığı yandıracaq. Bunun üçün bizə qoşulmağınız böyük önəm kəsb edir”.

Qeyd edək ki, mitinq 30 iyulda İstanbulda təşkil ediləcək.

Dünyanın məşhur futbolçularından olan Kristiano Ronaldo Suriyadakı müharibədən əziyyət çəkən uşaqlar üçün daim xeyriyyə tədbiri təşkil edir. Bütün dünyanı müharibədən təsirlənən uşaqlara yardım etməyə çağıran portuqaliyalı ulduzun fələstinlilərə də maddi yardım göstərdiyi bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 669          Tarix: 29-07-2017, 13:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma