Xəbər lenti

 

İspaniyanın Barselona şəhərində keçirilən musiqi festivalı zamanı yanğın baş verib.

Axar.az xəbər verir ki, Evening Standart nəşrinin yaydığı məlumata görə, yanğın Tomorrowland Unite festivalının əsas səhnəsində amerikalı dicey Stiv Aokinin çıxışına bir neçə dəqiqə qalmış başlayıb. Qatı tüstüyə bürünmüş ərazidən 22 min nəfərə yaxın insanı təxliyə edilib.

Nəşrin yazdığına görə, təxliyə sakit şəraitdə keçib, insident zamanı xəsarət alan olmayıb. Yanğına atəşfəşanlıq zamanı səhnəyə düşən fişəngin səbəb olduğu bildirilir. Səhnə başdan-başa yanıb.




Ana səhifəyə qayıt        Baxış: 679          Tarix: 30-07-2017, 10:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma