İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatı planlarını dayandırıb və ABŞ-la razılaşaraq bunu bir neçə məhdud əməliyyatla əvəz edib.
Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, ən azı ilkin mərhələdə daha məhdud quru əməliyyatları keçirmək qərarı ABŞ-ın müdafiə naziri Lloyd Ostinin israilli həmkarlarına bu yaxınlarda verdiyi təkliflərə uyğundur.
Məqalədə deyilir ki, İsrailin əməliyyatı ilə bağlı ilkin planlar ABŞ rəsmilərini təşvişə salıb və onlar narahat olduqlarını bildiriblər.
Pentaqonun nümayəndələri və amerikalı ekspertlərin fikrincə, mərhələli əməliyyat zamanı Qəzzada HƏMAS silahlıları aşkar edildikdən sonra daha böyük qüvvələr hərəkətə keçəcək.
"Zəif nöqtələr və boşluqlar aşkar edilən kimi, əsas zərbə qüvvələri gətirilir", - deyə nəşr MKİ-nin keçmiş zabiti Mik Malroya istinadən yazır.
İraqda xidmət etmiş təqaüddə olan ABŞ generalı Frederik Hodces deyib ki, bu taktika İsrail qüvvələrinin itkilərini və binalara dəyən zərəri azaltmaq üçün istifadə edilir.
Paylaş: