Xəbər lenti

İsrailin Baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında bildirib ki, ölkənin ordusu oktyabrın 7-də münaqişə başlayan zaman anklavda mövcud olan HƏMAS-ın 24 batalyonundan 17-ni Qəzza zolağında məhv edib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

"Mən siyasətimizə aydınlıq gətirmək istəyirəm: zəruri məqsəd, bu, ilk növbədə, HƏMAS-ın məhv edilməsidir. Məqsədə çatmaq üçün, ilk növbədə, HƏMAS batalyonlarının sayını azaltmaq lazımdır. Bu günə qədər HƏMAS batalyonlarının 24-dən 17-ni məhv etmişik”, - Baş nazir Nazirlər Kabinetinin iclasında deyib.

“HƏMAS-ın qalan batalyonlarının əksəriyyəti Qəzza zolağının cənubunda və Rəfahdadır və biz onlara yetişəcəyik”, - Netanyahu vurğulayıb.

“HƏMAS batalyonları zərərsizləşdirildikdən sonra ordumuzun qətiyyətlə Qəzza zolağının şimalında və mərkəzi hissəsində intensiv reydlər həyata keçirən təmizləmə əməliyyatlarına ehtiyac var”, - Baş nazir əlavə edib. "HƏMAS-ın tunel sistemini zərərsizləşdirmək lazımdır. Hərbçilər Qəzza zolağının cənubundakı Xan Yunis tunellərini sistematik şəkildə məhv edir və bunu Qəzza zolağının hər yerində edir, lakin bu, daha çox vaxt aparır”, - Netanyahu bildirib.

“Biz bütün məqsədlərə – HƏMAS-ın ləğvinə, bütün girovların geri qaytarılmasına və Qəzzanın İsrail üçün artıq təhlükə yaratmayacağı bir vəziyyətə nail olunmayana qədər müharibəni dayandırmayacağıq”, - Baş nazir əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 3 119          Tarix: 4-02-2024, 19:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma