NATO Ukraynaya qoşun göndərməyi planlaşdırmır, Alyans münaqişənin tərəfi deyil.
“Report” xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq “Reuters”ə müsahibəsində bildirib.
“NATO-nun Ukraynaya qoşun göndərmək planı yoxdur və nə NATO-nun özü, nə də NATO müttəfiqləri münaqişənin tərəfidir”, – Baş katib vurğulayıb.
Stoltenberqin fikrincə, hər hansı ayrı-ayrı NATO ölkəsi Ukraynaya qoşun göndərərsə, bu, bütövlükdə alyansa təsir edəcək, çünki onun üzvləri kollektiv müdafiə paktı ilə bağlıdır.
Makronun Ukraynaya Qərb qoşunlarının mümkün yerləşdirilməsi ilə bağlı “strateji qeyri-müəyyənlik” prinsipindən istifadə edərək səhv edib-etmədiyi ilə bağlı suala Stoltenberq belə cavab verib: “Məncə, bu mühüm məsələlərlə haqqında məsləhətləşmələrimiz və ümumi yanaşmamız vacibdir, çünki onlar hamımız üçün böyük önəm daşıyır”.
Paylaş: