Xəbər lenti

Finlandiya NATO-ya daxil olduqdan sonra onun sərhədləri yaxınlığında Rusiya qoşunları və məhvetmə sistemləri peyda olacaq.

Bunu martın 13-də Rusiya Prezidenti Vladimir Putin jurnalist Dmitri Kiselyova müsahibəsində deyib.

“Bizim orada qoşunlarımız belə yox idi, biz bütün qoşunları oradan, Rusiya-Finlandiya sərhədindən çıxarmışdıq. Niyə bunu etdilər?.. Bu, öz milli maraqlarını təmin etmək baxımından tamamilə mənasız addımdır. Bununla belə, qərar vermək onların ixtiyarındadır. Onlar belə qərar verdilər. Amma bizim orada qoşunumuz yox idi, artıq olacaq. Orada heç bir dağıdıcı sistem yox idi, amma indi görünəcək”, - deyə o, Finlandiyanın Şimali Atlantika Alyansına daxil olması ilə bağlı sualı cavablandırıb.

Putinin sözlərinə görə, Rusiya ilə Finlandiya arasında əvvəllər ideal münasibətlər olub.

O, həmçinin bəyan edib ki, Finlandiya Rusiya ilə yaxınlaşmaqdan imtina etməklə və NATO-ya üzv olmaq qərarı ilə öz təhlükəsizliyi baxımından vəziyyəti heç də yaxşılaşdırmayıb. Putin qeyd edib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması mənasız addım idi.

Mənbə: İzvestiya




Ana səhifəyə qayıt        Baxış: 4 359          Tarix: 13-03-2024, 14:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma