Xəbər lenti
Bu gün, 15:52

İsrail Müdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın cənubundakı Naqura və Yarin bölgələrində "Hizbullah"ın hərbi hədəflərinə hücum edib.

“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, ordu son bir neçə saat ərzində Livandan İsrailin şimalındakı Ərəb əl-Aramşe kəndi istiqamətində bir neçə tank əleyhinə raket və PUA buraxılışının qeydə alındığını bildirib.

Hücum nəticəsində 6-sı ağır olmaqla 14 hərbçi yaralanıb.




Ana səhifəyə qayıt        Baxış: 2 634          Tarix: 17-04-2024, 20:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma