İrlandiya və İspaniya mayın 21-də Fələstin dövlətini tanıya bilər.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, İrlandiya, İspaniya və bir sıra digər Avropa İttifaqına üzv dövlətlər mayın 21-də Fələstin dövlətinin tanınması məsələsini nəzərdən keçirəcəklər.
Məlumatda bildirilir ki, ölkələr mayın 10-da fələstinlilərin BMT-nin tamhüquqlu üzvü olmaq hüququ qazanan şəxslər kimi tanınmasına əsas verəcək BMT Baş Assambleyasıda səsverməni gözləyirlər.
Qeyd edək ki, 1988-ci ildən bəri BMT-yə üzv olan 193 ölkədən 139-u Fələstini dövlət kimi tanıyıb.
Xatırladaq ki, martın 22-də yaydıqları birgə bəyanatda İspaniya, İrlandiya, Malta və Sloveniya Fələstin dövlətinin tanınması istiqamətində ilk addımları atmağa razılaşdıqlarını bildiriblər.
İsrail isə buna münasibətdə dörd ölkənin planının Qəzza münaqişəsinin danışıqlar yolu ilə həlli şansını azaldacaq “terrorçuluq mükafatı” təşkil etdiyini söyləyib.
Paylaş: